http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

ƏƏSMN: Satışa çıxarılan mənzillərdən artıq bir qismi onları ilk bron etmiş şəxslərə satılıb

09 Mart 2023 , 16:01
ƏƏSMN: Satışa çıxarılan mənzillərdən artıq bir qismi onları ilk bron etmiş şəxslərə satılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ms.sosial.gov.az portalı üzərindən onlayn satışı həyata keçirilən mənzillərdən artıq bir qisminin onları ilk bron etmiş şəxslərə satışı həyata keçirilib.

Nazirlikdən "Operativ Media"ya verilən xəbərə görə, Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində yerləşən mənzilləri bron etmiş şəxslərdən bir qrupu ilə seçdikləri mənzilin dəyəri tam ödənilməklə notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanıb.

Bundan sonra həmin mənzillər sahiblərinə təqdim edilib.

Hazırda ms.sosial.gov.az portalı üzərindən mənzillərin bron edilməsi, həmçinin mənzili bron etmiş şəxslərlə əlaqə saxlanılaraq onların bron etdikləri mənzillərin alqı-satqısına dəvət edilməsi prosesi davam edir.

Xatırladaq ki, satışa çıxarılan 1662 mənzil paytaxtın Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrində, Qaradağ rayonunun Ümid qəsəbəsində, habelə Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında yerləşir.

Hər biri çıxarışlı və tam təmirli olan mənzillər istifadə olunmayıb və onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.

Mənzillərin portal üzərindən satışı bu il iyulun 1-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR
“Azərbaycanda bərpa olunan enerji potensialı 2030-cu ilədək 4 dəfə arta bilər”

“Azərbaycanda bərpa olunan enerji potensialı 2030-cu ilədək 4 dəfə arta bilər”

AÇG-dəki yeni ACE platformasından neft hasilatına başlanılıb

AÇG-dəki yeni ACE platformasından neft hasilatına başlanılıb

Azərbaycan elektromobil idxalını artırıb

Azərbaycan elektromobil idxalını artırıb

XƏBƏR LENTİ
  • Dünən
    23:52

    Fransa Azərbaycandakı səfirini geri çağırıb
    Fransa Azərbaycandakı səfirini geri çağırıb
  • Dünən
    23:18

    Britaniya şahzadəsi Uilyam bu həftə krallıq vəzifələrinə qayıdacaq
  • Dünən
    23:03

    Rusiya sülhməramlıları Xudavəng monastırının ərazisini tərk edib
  • Dünən
    22:50

    Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul edib
    Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul edib
  • Dünən
    22:39

    Tbilisidə təhlükəsizlik qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib
    Tbilisidə təhlükəsizlik qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib
  • Dünən
    22:34

    "Golden Boy” mükafatına favoritlər açıqlandı
  • Dünən
    22:25

    Metyu Miller: ABŞ Rusiya ilə münaqişəyə girmək niyyətində deyil
  • Dünən
    22:11

    Mişel xarici agentlər haqqında qanunu tənqid edib
Menyu