Menyu

Tramp Qazaxıstan və Özbəkistan prezidentlərini G20 Sammitinə dəvət edib

Operativ Media
Tramp Qazaxıstan və Özbəkistan prezidentlərini G20 Sammitinə dəvət edib

ABŞ prezidenti Donald Tramp Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə iki telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti “Truth” sosial hesabında yazıb. 

K.Tokayev Rusiya-Ukrayna münaqişəsinin həllinin mürəkkəb olduğunu, burada ərazi məsələsinin əsas yer tutduğunu və cəbhədəki real vəziyyəti nəzərə almaqla hər iki tərəfdən güzəşt tələb etdiyini vurğulayıb.

O, həmçinin bütün tərəfləri səbir, çeviklik və peşəkarlıq nümayiş etdirməyə, sülh formulunu axtarmağa davam etməyə çağırıb.

Prezident Qazaxıstanın vasitəçi olmadığını, lakin lazım gələrsə, münaqişə tərəfləri üçün danışıq platforması təmin etməyə hazır olduğunu söyləyib.

Tramp bildirib ki, hər iki ölkə ilə münasibətlər “təsiredicidir”.

Telefon söhbətləri zamanı davam edən münaqişələrdə sülhün bərqərar olmasının vacibliyi, eləcə də ölkələr arasında ticarət və əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

ABŞ prezidenti həmçinin qeyd edib ki, gələn il G20 sammitinə ev sahibliyi edəcək və bu mühüm tədbirdə iştirak etmək üçün Tokayev və Mirziyoyevə qonaq qismində rəsmi dəvət göndəriləcək.

Sammit Mayami şəhərində keçiriləcək.

Əlaqəli Xəbərlər