Menyu

Hulusi Akar yunan həmkarı ilə telefonla danışıb

Hulusi Akar yunan həmkarı ilə telefonla danışıb

Türkiyə milli müdafiə naziri Hulusi Akar Yunanıstanın müdafiə naziri Nikolaos Panagiotopoulos ilə telefon danışığı aparıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Yunanıstanın müdafiə naziri Panagiotopoulos Türkiyədə baş verən zəlzələlərlə bağlı başsağlığı verib.

Nazir Hulusi Akar Yunanıstanda çox sayda insanın həyatını itirdiyi qatar qəzası ilə bağlı da yunan həmkarına başsağlığı verib.

Nazirlər, həmçinin, iki qonşu ölkə arasında mehriban qonşuluq münasibətlərinə əsaslanan bir gündəmin hazırlamasına dair razılığa gəliblər.

Teqlər:

"Hulusi Akar yunan həmkarı ilə telefonla danışıb"

Əlaqəli Xəbərlər