09 Mart 2023, 19:18
Slovakiya və Polşadan Ukraynaya “MiQ-29” yardımı
Slovakiya və Polşadan Ukraynaya “MiQ-29” yardımı şəkil
Slovakiya və Polşadan Ukraynaya “MiQ-29” yardımı

Slovakiya Polşa ilə birlikdə Ukraynanı “MiQ-29” qırıcı təyyarələri ilə təmin etməyə hazırlaşır.

"Operativ Media" xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib. Nazir qeyd edib ki, bununla bağlı polşalı həmkarı ilə Stokholmda görüşü olub: “Polşa rəsmi şəkildə “MiQ-29” qırıcılarının birlikdə Ukraynaya tədarükünə razılıq verib”.

Yaroslav Nad tədarükün konkret vaxtını açıqlamayıb, lakin bu məsələdə vaxt itirməməyin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Slovakiya ötən ilin payızından “MiQ-29” qırıcılarının istifadəsini dayandırıb. Səbəb kimi bu tip təyyarələrin artıq köhnəlməsi göstərilib. Slovakiya tərəfi döyüş qabiliyyətli 10 qırıcının Ukraynaya verilməsini nəzərdən keçirir. Bunun əvəzində isə Almaniya və ya digər NATO ölkələrindən kompensasiya gözləyir.

Son xəbərlər
Suriya neft və qaz yataqlarının işlənməsində Azərbaycandan kömək istəyir
"Qalatasaray" "Bodrumspor"u əliboş yola saldı
Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb
18 Aprel 2025, 23:47
Azərbaycan ordusunda xidmət edən əsgərlərə hərbi təhsil imkanı yaranıb
Rusiya XİN: Ukraynadakı NATO kontingentinin mənfi nəticələri olacaq
ABL: "Sabah" "Sərhədçi"ni məğlub etdi
"Çelsi" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib