Menyu

ETSN-də BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib

Operativ Media
ETSN-də BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib
1 dəq oxu

Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov  Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanın ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar onunla görüşüb.

ETSN-dən Operativ Media-ya verilən məlumata görə, görüşdə ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq əlaqələri, həmçinin gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. 

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevaya ölkəmizdə səlahiyyət müddəti ərzində səmərəli tərəfdaşlığa və əməkdaşlığa görə təşəkkür bildirilib.

Fotogalereya

Əlaqəli Xəbərlər