Menyu

Gələn il Bakı, Sumqayıt və Abşeron üzrə kirayə mənzillər vətəndaşlara təqdim ediləcək

Operativ Media
Gələn il Bakı, Sumqayıt və Abşeron üzrə kirayə mənzillər vətəndaşlara təqdim ediləcək

Gələn il İpoteka və Kredit Zəmanət Fondu tərəfindən tələbat nəzərə alınmaqla Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda kirayə mənzillər alınaraq vətəndaşlara təklif ediləcək.

Operativ Media xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında fondun Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynalov məlumat verib.

Onun sözlərinə görə, indiyədək Bakı şəhərində 8, Abşeron rayonunda 6, Sumqayıt şəhərində isə 3 ünvanda kirayə mənzillər vətəndaşların istifadəsinə verilib.

“Təkcə bu il Bakı şəhərinin Binəqədi rayonunda Cəfər Xəndan küçəsində və Biləcəri qəsəbəsində, Sumqayıt şəhərində isə Sülh prospekti və Sahil küçəsində yerləşən mənzillər vətəndaşlara təqdim olunub. Hazırda kirayə mənzil fondu üzrə işlər davam etdirilir”, - deyə Aslan Zeynalov vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər