Azərbaycanda bu il ünvanlı sosial yardım alan ailələrin sayı açıqlanıb
Ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən verilən pul yardımıdır. Bu yardım orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələrə təyin edilir.
Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Qeyd olunub ki, burada ehtiyac meyarı dedikdə əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq oluna hədd başa düşülür.
25.12.2025-ci il tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı - 76004 təşkil edir. Qeyd edilən sayı 01.12.2024-cü il tarixinə isə - 72672 ailə olub. Nəticədə ötən il ilə müqayisədə hazırda ÜDSY alan ailələrin sayı 4,6% artıb.