Menyu

11 ayda aqrar sektorda 90 milyon manata yaxın güzəştli kredit verilib

Operativ Media
11 ayda aqrar sektorda 90 milyon manata yaxın güzəştli kredit verilib

Bu ilin yanvar-noyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi 6 420 kənd təsərrüfatı texnikasının satışını maliyyələşdirib.

Operativ Media xəbər verir ki, Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına görə, cari ilin 11 ayında aqrar sektorda fəaliyyət göstərən şəxslərə 4 563 müraciət üzrə 89,8 milyon manat güzəştli kredit verilib. Ötən ilin eyni dövrü ilə müqayisədə kredit alanların sayı 32,7 faiz, kredit məbləği isə 39,4 faiz artıb.

Kreditlər təyinat üzrə belə bölünüb:

  • Texnika və avadanlıq üçün – 51,1 milyon manat (artım 5,8 faiz)

  • Güzəştli kreditlər – 19,9 milyon manat (artım 18,1 dəfə)

  • Mikrokreditlər – 18,8 milyon manat (artım 25,3 faiz)

Əlaqəli Xəbərlər