Ceyhun Bayramov: Ötən il Azərbaycan və Ermənistan arasında sülh prosesində böyük irəliləyişlər əldə olunub
Operativ Media
“Ötən il Azərbaycan və Ermənistan arasında sülh prosesində böyük irəliləyişlər əldə olunub”.
Operativ Media xəbər verir ki, bunu 2025-ci ilin yekunlarına dair mətbuat konfransında XİN rəhbəri Ceyhun Bayramov bildirib.
O bildirib ki, əvvəlki illərdə olduğu kimi qonşu ölkələrə münasibətlər daha da inkişaf etdirilib.
AZAL-a məxsus təyyarənin vurulmasından sonra Rusiya və Azərbaycan və arasında gərginlik yaranıb. Buna baxmayaraq bu il ərzində ölkələrimiz arasında münasibətlər inkişaf etdirilib.
Düşənbə görüşü iki dövlət arasında münasibətlərin yumşalmasında əhəmiyyətli rola malik olub.