10 Mart 2023, 08:23
Si Cinpin yenidən ÇXR sədri seçildi
Si Cinpin yenidən ÇXR sədri seçildi şəkil
Si Cinpin yenidən ÇXR sədri seçildi

Pekində Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında Çin Xalq Respublikasının yeni sədri vəzifəsinə seçki keçirilib.

"Operativ Media" xəbər verir ki, martın 10-da keçirilən plenar iclasda hazırki dövlət başçısı, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpin yenidən ÇXR Sədri seçilib. Bu, Si Cinpinin 3-cü müddətə (2023-2028) Sədrlik dövrü olacaq. Si Cinpin Çin kommunist inqilabının lideri Mao Cedondan sonra ölkəyə 3-cü müddətə rəhbər seçilən ilk şəxsdir.

14-cü çağırış Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında Si Cinpin həm də silahlı qüvvələrinin ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın sədri seçilib. Dövlət Şurası sədrinin hazırki müavini Han Cen isə ÇXR Sədrinin müavini seçilib.

Son xəbərlər
Rusiya XİN vətəndaşlarına xəbərdarlıq edib
Babəkin bəzi kəndlərində qaz olmayacaq
Türkiyədə 4,9 bal gücündə zəlzələ olub
Azərbaycan səfirliyinə hücumun icraçısının edamı üçün zəruri hazırlıqlar başa çatıb
Pezeşkian Zəngəzur dəhlizi ilə bağlı düşüncələrini açıqlayıb - VİDEO
27 Aprel 2025, 22:50
İran Prezidenti: İki qardaş ölkə kimi əməkdaşlıq sahələrimizi genişləndirməliyik
Məsud Pezeşkian: Keçmişdə qardaş olmuşuq, gələcəkdə də qardaş olacağıq
"Qarabağ" 12-ci çempionluğunu qazandı