XİN rəhbəri: "Rus Evi"nin ləğvi başa çatıb
Operativ Media
Xarici işlər naziri Ceyhun Bayramov Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı danışıb.
Operativ Media xəbər verir ki, nazir ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən Azərbaycanda "Rus Evi"nin heç bir qeydiyyatı olmadan fəaliyyət göstərdiyini və bununla bağlı müəyyən vaxtlarda təsisata xəbərdarlıq edildiyini deyib.
Bildirilir ki, əlaqələr müəyyən fasilədən sonra yenidən aktivləşdirilib və bu proses Rusiya tərəfinin təşəbbüsü ilə, qarşılıqlı zəmanətlər əsasında həyata keçirilib. Rusiya nümayəndələrinin Bakıya səfərləri zamanı mövqelər müzakirə olunub və dialoqun davam etdirilməsi üçün mexanizmlər razılaşdırılıb.