Ölkədə küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Operativ Media
Dekabrın 28-29-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti sarı xəbərdarlığa uyğundır.
Bu barədə Operativ Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Daşkəsən, Gəncə, Goranboy, Tovuz, Şəmkir, Naftalan, Mingəçevir, Tərtər, Bərdə, Yevlax, Zərdab, Neftçala, Qobustanda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.