Menyu

Ölkəyə qanunsuz yollarla gətirilən 1,18 milyon ədəd siqaret ələ keçirilib

Operativ Media
Ölkəyə qanunsuz yollarla gətirilən 1,18 milyon ədəd siqaret ələ keçirilib

Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda - 1 milyon 180 min ədəd siqaretin Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən realizə edilməsinin qarşısı alınıb.

Bu barədə Operativ Media-ya DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 yük və 1 minik nəqliyyat vasitəsindən Azərbaycana məxsus məcburi nişanlanma ilə nişanlanmayan külli miqdarda, dəyəri 150 min manata yaxın olan 1 milyon 180 min ədəd "Platinium Seven" markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Fotogalereya

Əlaqəli Xəbərlər