Menyu

Şərurda 8 kəndin qazı kəsilib

Operativ Media
Şərurda 8 kəndin qazı kəsilib

Şərur rayonunda yol-nəqliyyat hadisəsi zamanı minik avtomobili qaz xəttinə çırpılıb və nəticədə xətt sıradan çıxıb.

Operativ Media xəbər verir ki, qəza zamanı avtomobil D-159-luq qaz xəttini zədələyib. 

Təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq Vərməziyar, İbadulla, Qışlaqabbas, Ərəbyengicə, Qarahəsənli, Tumaslı və Diyadin kəndlərində qazın verilişi müvəqqəti dayandırılıb.

Hazırda bərpa işləri aparılır və işlər başa çatdıqdan sonra həmin ərazilərə təbii qazın verilməsi bərpa olunacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər