Almaniyanın Hamburq şəhərində kilsəyə silahlı basqın nəticəsində ilkin məlumata görə, 7 nəfər ölüb.
"Operativ Media" xəbər verir ki, Alman mediası Hamburqun Qrossborstel rayonunda Yehovanın Şahidlərinə məxsus kilsəyə hücum edildiyini və hücumçu ilə birlikdə 7 nəfərin də həyatını itirdiyini bildirib.
Polisin açıqlamasında 3 mərtəbəli kilsə binasına xüsusi təyinatlı çevik qüvvələrin daxil olduğu zaman güllə səsinin eşidildiyi, hücumu həyata keçirən şəxsin ölənlər arasında ola biləcəyi qeyd edilib.