10 Mart 2023, 11:57
Aİ ölkələri enerji istehlakını azaldacaq
Aİ ölkələri enerji istehlakını azaldacaq şəkil
Aİ ölkələri enerji istehlakını azaldacaq

Avropa İttifaqı (Aİ) qurumları 2020-ci ildəki istehlak hədəfi ilə müqayisədə 2030-cu ilə qədər Birlik daxilində yekun enerji istehlakını 11,7 faiz azaltmağa razılaşıblar.

"Operativ Media" xəbər verir ki, Avropa Şurası üzv ölkələrlə Avropa Parlamenti (AP) arasında enerji səmərəliliyinin tənzimlənməsi üzrə danışıqlarda razılıq əldə edildiyini bildirib .

Müvafiq olaraq, 2030-cu ilə qədər Aİ üzrə son enerji istehlakı yüzdə 11,7 azalacaq.

Yekun enerji istehlakı limiti üzv dövlətlər üçün kollektiv şəkildə məcburi olacaq.

Üzv dövlətlərə hədəfə çatmaq üçün müəyyən çeviklik veriləcək.

Son enerji istehlakı üçün illik enerjiyə qənaət hədəfi 2024-cü ildən 2030-cu ilə qədər tədricən artırılacaqdır.

Üzv ölkələr bu müddət ərzində son enerji istehlakında hər il orta hesabla 1,49 faiz qənaət edəcəklər. İllik qənaət dərəcəsi 2030-cu ilin sonuna qədər 1,9 faizə çatacaq.

Yeni qaydaların qüvvəyə minməsi üçün AP və onun üzv dövlətləri onu rəsmən təsdiqləməlidirlər.

Son xəbərlər
Rusiya XİN vətəndaşlarına xəbərdarlıq edib
Babəkin bəzi kəndlərində qaz olmayacaq
Türkiyədə 4,9 bal gücündə zəlzələ olub
Azərbaycan səfirliyinə hücumun icraçısının edamı üçün zəruri hazırlıqlar başa çatıb
Pezeşkian Zəngəzur dəhlizi ilə bağlı düşüncələrini açıqlayıb - VİDEO
27 Aprel 2025, 22:50
İran Prezidenti: İki qardaş ölkə kimi əməkdaşlıq sahələrimizi genişləndirməliyik
Məsud Pezeşkian: Keçmişdə qardaş olmuşuq, gələcəkdə də qardaş olacağıq
"Qarabağ" 12-ci çempionluğunu qazandı