Menyu

Bakıda 27 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Operativ Media
Bakıda 27 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, paytaxtın Xətai, Qaradağ və Nizami rayonlarında keçirilən növbəti tədbirlər zamanı 27 yaşlı N.Şıxalıyev, 39 yaşlı N.Nəsibov və 26 yaşlı M.Mustafa saxlanılıblar.

Onlardan 27,7 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 100 ədəd metadon həbi aşkarlanıb. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər