Menyu

Bakıda ağaclıq sahədə yanğın baş verib

Operativ Media
Bakıda ağaclıq sahədə yanğın baş verib
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub

FHN-dən Operativ Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ağaclıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən yaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yaşayış binası və ətraf ərazilər yanğından mühafizə olunub.

Əlaqəli Xəbərlər