Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib
Operativ Media
Bakıda məhkum tərəfindən həbs edilməmişdən əvvəl gizlədilmiş abtomat silahı aşkarlanıb.
Bu barədə Operativ Media-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən qəbristanlıqda torpağa basdırılaraq gizlədilmiş 1 ədəd nömrəsi silinmiş "AKS-74" tipli "Kalaşnikov" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 7,62 kalibrli avtomat gülləsi aşkar edilərək götürülüb.