Azərbaycanda Ramazan ayının vaxtı açıqlanıb
Operativ Media
Fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır.
Operativ Media xəbər verir ki, martın 8-i, 10-u, 12-si və 16-sı Qədr gecələridir.
Məlumata görə, Şəvval ayının 1-i və 2-si (martın 20-si və 21-i) Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq.
Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir.
Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.