Menyu

Mikroavtobusun aşması 2 nəfərin ölümünə səbəb olub - YENİLƏNİB 2

Operativ Media
Mikroavtobusun aşması 2 nəfərin ölümünə səbəb olub - YENİLƏNİB 2

“Yanvarın 3-də saat 16:40 radələrində Astara rayonunun Təngərüd kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. S. Məmmədzadənin idarə etdiyi "Mercedes" markalı mikroavtobus idarəetmənin itirilməsi nəticəsində aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin ölüb, 7 nəfər xəsarət alıb”.

Operativ Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumatda hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.

19:00

Astarada mikroavtobusun aşması nəticəsində ölən şəxslərin kimliyi məlum olub.

Operativ Media xəbər verir ki, hadisə nəticəsində 1996-cı il təvəllüdlü Baxşıyeva Əfsanə və 1961-ci il təvəllüdlü Həsənova Səyarə vəfat edib.

18:00

Astarada mikroavtobusun qəzaya uğraması nəticəsində ölən və xəsarət alanlar var.

Operativ Media xəbər verir ki, qəza Ələt–Astara magistral yolunun Astara rayonunun Təngərüd kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, Astara–Lənkəran marşrut xətti üzrə hərəkətdə olan “Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb.

Qəza zamanı mikroavtobusda olan sərnişinlərdən bəziləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölənlərin olduğu bildirilir.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən aidiyyəti üzrə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

Əlaqəli Xəbərlər