Menyu

Martda 17 gün qeyri-iş günü olacaq

Operativ Media 46591 baxış
Martda 17 gün qeyri-iş günü olacaq

2026-cı ilin martında Azərbaycanda rəsmi bayramlar və istirahət günləri ilə əlaqədar 17 qeyri-iş günü nəzərdə tutulur.

Operativ Media Trend-ə istinadən xəbər verir ki, martın 8-i Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən 9 mart da qeyri-iş günü hesab olunacaq.

Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin şənbə və bazar günlərinə təsadüf etməsi ilə əlaqədar əlavə istirahət günləri də müəyyən edilib. 

Belə ki, 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri kimi qeyri-iş günü hesab olunur. 21 və 22 mart tarixləri müvafiq olaraq şənbə və bazar gününə təsadüf etdiyindən 25 və 26 mart tarixləri də qeyri-iş günü hesab olunacaq.

Ramazan bayramının 20 və 21 mart tarixlərində Novruz günləri ilə üst-üstə düşməsi nəticəsində 27 və 30 mart tarixləri də qeyri-iş günü sayılacaq.

28 və 29 mart tarixləri də müvafiq olaraq həftənin şənbə və bazar gününə təsadüf edəcək.

Nəticədə 25, 26, 27 və 30 mart tarixləri də qeyri-iş günü olacaq.

Beləliklə, 20 martdan 30 martadək (hər iki gün daxil olmaqla) ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq.

Ümumilikdə isə 2026-cı ilin martında həftə sonları da daxil olmaqla 17 gün qeyri-iş günü olacaq.

Əlaqəli Xəbərlər