Oprerativ Media İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat əldə edib.
Belə ki, AYNA bununla bağlı FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu ilə müqavilə bağlayıb.
Müqavilədə Füzuli avtovağzalının tikintisi ilə əlaqədar layihələndirmə xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 137 min 334 manat olaraq müəyyənləşib.