Menyu

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib - YENİLƏNİB

Operativ Media
Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib - YENİLƏNİB

Salyan rayonu ərazisində 3 nəfərin ölümü, 4-nün xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, rayonun Noxudlu kəndinin yolunda "Mercedes" markalı iki nəqliyyat vasitəsi toqquşub.

Hadisə zamanı Vüqar İmanov və Coşqun Məmmədov ölüb.

Mirzağa Məmmədov, Pərvanə Məmmədova, Fatimə Məmmədli və Tərlan İmanov xəsarət alıblar.

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Tərlan Vüqar oğlu İmanov həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

17:44

Salyan rayonunun Noxudlu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (2 qadın, 2 kişi) 05.01.2026-cı il tarixində saat 17:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

"Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan 1 nəfərin (kişi) isə xəstəxanaya daxil olarkən həyat əlamətləri müşahidə olunmayıb", - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər