Bakıda yeni yol nişanları quraşdırılıb? - FOTO
Operativ Media
AYNA tərəfindən həyata keçirilən layihələr çərçivəsində yolayrıcılarında artıq ikinci dəfə “qırmızı işıqda sağa dönməyə icazə verən” xüsusi nişan tətbiq olunub.
Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq AYNA-dan bildirilib.
Qeyd olunub ki, bu yenilik “Yol hərəkəti haqqında” Qanunun 59-cu maddəsinin VI-I hissəsinə və 66-cı maddəsinin VII hissəsinə uyğun olaraq quraşdırılıb:
“Sözügedən nişan sürücülərə qırmızı işıqda belə piyadalara və digər nəqliyyat vasitələrinə yol verməklə sağa dönməyə icazə verir.
Qeyd edək ki, tətbiqin məqsədi nəqliyyat axınının səmərəli təşkili, gözləmə vaxtının azaldılması və yolayrıcılarının buraxıcılıq qabiliyyətinin artırılmasıdır”.
