10 Mart 2023, 21:45
Almaniya təhlükəsizlik orqanları ekofəallara qarşı nəzarəti gücləndirib
Almaniya təhlükəsizlik orqanları ekofəallara qarşı nəzarəti gücləndirib şəkil
Almaniya təhlükəsizlik orqanları ekofəallara qarşı nəzarəti gücləndirib

Almaniya Konstitusiyasının Mühafizəsi üzrə Federal İdarə “Son nəsil” (Letzte Generation) ekoloji hərəkatının ekstremizm fəaliyyəti ilə məşğul olub-olmadığını yoxlayır.

“Operativ Media" xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.

Nəşrin məlumatına görə, açıq məlumat mənbələrinin yoxlanması altı ay əvvəldən başlayıb. Yoxlamaların nəticələrinə görə, federal idarə ekoloji fəalların hərəkətlərini ekstremist xarakterli hesab edərsə, o zaman hərəkat üzvlərini izləmək hüququ əldə edəcək.

Qeyd edək ki, martın 7-də ekoloji fəallar Almaniya Nəqliyyat Nazirliyinin binasının fasadına narıncı rəngli boya töküblər. “Son nəsil” hərəkatının dörd tərəfdarı yanğınsöndürən maşında binanın qarşısına gələrək obyektə boya, sonra da şlanqdan su çiləyib.

Son xəbərlər
Ağ Ev: Çinə birtərəfli tarif endirimi olmayacaq
Kreml: Zelenskinin istefasını tələb etmirik
Lökbatanda baş verən yol qəzası 2 nəfərin ölümünə səbəb olub
Peskov: Rusiya heç kimə hücum etmək niyyətində deyil
İranın nüvə ehtiyatları AEBA-nın daimi nəzarətindədir
Rusiya və BMT Livandakı gərginliyin azaldılması və humanitar yardım məsələlərini müzakirə edib
Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşla telefon danışığı aparıb
Zəlzələdən sonra afterşoklar qeydə alınır