Menyu

Azərbaycanda dənizçi sənədlərinin rəqəmsal formada idarə olunması üçün "My Cabinet" platforması yaradılıb

Operativ Media
Azərbaycanda dənizçi sənədlərinin rəqəmsal formada idarə olunması üçün "My Cabinet" platforması yaradılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi (DDLA) dənizçilərin sənədlərinin daha şəffaf, operativ və müasir tələblərə uyğun şəkildə yoxlanılması və izlənilməsi məqsədilə "My Cabinet" adlı vahid rəqəmsal platformanı istifadəyə verib.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyi (DDLA) məlumat yayıb.

Məlumata görə, yeni rəqəmsal platforma vasitəsilə dənizçilər sənədlərini vahid mərkəzdən rahatlıqla izləyə biləcəklər. Sistem dənizçilərin sertifikatlarının (diplomlarının), xüsusi hazırlıq şəhadətnamələrinin statusunu, həmin sənədlərin elektron formalarını, dənizçilər üçün təşkil olunacaq təlimləri, onlayn müraciətlərin göndərilməsi və cavabların alınmasını, eləcə də müxtəlif məlumat və maarifləndirici xarakterli bildirişlərin əldə olunmasını təmin edir.

Bundan əlavə, yaxın vaxtlarda DDLA-da keçirilən bütün imtahanların nəticələrinin də "My Cabinet" platforması üzərindən təqdim edilməsi nəzərdə tutulur. Bu yenilik sənədlərin etibarlılığının operativ və şəffaf şəkildə yoxlanılmasına imkan yaradacaq, eyni zamanda saxtalaşdırma hallarının minimuma endirilməsində mühüm rol oynayacaq.

Bu təşəbbüs dənizçilik sahəsində rəqəmsal transformasiyanın genişləndirilməsinə, xidmət keyfiyyətinin yüksəldilməsinə və istifadəçi məmnuniyyətinin artırılmasına yönəlib.

İstifadəçilər "My Cabinet" platformasına DDLA-nın rəsmi internet səhifəsində təqdim olunan "Şəxsi kabinet" bölməsi, həmçinin birbaşa keçid linki (https://seafarer.ddla.gov.az) vasitəsilə daxil ola bilərlər.

Əlaqəli Xəbərlər