Menyu

İlham Əliyev aqrar fəaliyyətlə məşğul olan obyektlərin tikintisi üçün icazə tələbini təsdiqləyib

Operativ Media
İlham Əliyev aqrar fəaliyyətlə məşğul olan obyektlərin tikintisi üçün icazə tələbini təsdiqləyib

Prezident İlham Əliyev Milli Məclisin ötən il dekabrın 19-da qəbul etdiyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan obyektlərin tikintisi üçün icazə tələbini təsdiqləyib.

Operativ Media xəbər verir ki, dəyişiklik "Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunun icrası ilə əlaqədardır.

Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsində edilmiş dəyişikliyə əsasən, tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısından kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin adı çıxarılıb.

Dəyişiklikdə həmçinin kənd təsərrüfatı təyinatlı torpaqlarda quyuların, istixanaların, tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin tikilməsinə də icazə tələb olunması qeyd edilib.

Əlaqəli Xəbərlər