Menyu

"Memar Əcəmi" stansiyasında təmir işlərinə başlanılır

Operativ Media
"Memar Əcəmi" stansiyasında təmir işlərinə başlanılır

Bakı metrosunun "Memar Əcəmi" stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə başlanılır.

Bu barədə Operativ Media-ya "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata əsasən, keçidin divarlarında 260 kvadratmetr sahədə köhnə üzlüklər sökülərək mərmər analoqları ilə əvəz olunacaq, döşəmədə 370 kvadratmetr sahədə mozaika üzlük qranitlə dəyişdiriləcək.

Qeyd edilib ki, təhlükəsizlik və işlərin operativ aparılması məqsədilə keçid qismən sərnişinlər üçün açıq olacaq və stansiyanın 4-cü çıxışı müvəqqəti bağlanacaq.

Əlaqəli Xəbərlər