525 nömrəli marşrut xəttinə yeni avtobuslar veriləcək
Xidmət keyfiyyətinin artırılması və sərnişin məmnuniyyətinin təmin olunması məqsədilə yanvarın 7-dən Masazır qəsəbəsini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 525 nömrəli müntəzəm marşrut xəttinə daha 10 müasir və komfortlu “King Long” markalı avtobus cəlb ediləcək.
Operativ Media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Məlumata görə, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan bu nəqliyyat vasitələri yüksək sərnişin tutumuna malikdir.
Qeyd edilib ki, daşıyıcı tərəfindən marşrut üzrə avtobusların bir qismi artıq 2025-ci ildə yenilənib, hazırda isə yeni alınan avtobuslar mərhələli şəkildə xətt üzrə istismara buraxılır.
Yaxın aylarda marşrut üzrə qalan avtobusların da yenilənməsi nəzərdə tutulur.
Yenilənmə prosesi başa çatdıqdan sonra marşrut üzrə 25 avtobus 6–7 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərəcək.