Menyu

Ağsuda yol qəzası baş verib

Operativ Media
Ağsuda yol qəzası baş verib

Muğanlı–İsmayıllı yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Operativ Media xəbər verir ki, hadisə axşam saatlarında avtomobil yolunun Ağsu rayonunun Qırlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb.

Qəza nəticəsində bir qadın hadisə yerində ölüb.

Xəsarət alan şəxslər təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər