Menyu

Yük avtomobillərinin ehtiyat hissələrini oğurlayan maşın ustası saxlanılıb

Operativ Media
Yük avtomobillərinin ehtiyat hissələrini oğurlayan maşın ustası saxlanılıb
1 dəq oxu

Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, gecə saatlarında naməlum şəxslər bir nəfərə məxsus “Kamaz” markalı yük avtomobilinin 300 manat dəyərində ehtiyat hissəsini oğurlayıb.

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı T.Əliyev və 31 yaşlı S.İsgəndərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı T.Əliyevin avtomobil ustası olduğu, rayon ərazisində daha 2 yük avtomobilinin ehtiyat hissələrini oğurlayaraq satdığı məlum olub.

Araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər