Menyu

Çində yeni Baş nazir seçilib

Nərmin Qocamanlı
Çində yeni Baş nazir seçilib
1 dəq oxu

Çində ölkənin yeni baş naziri Çin Kommunist Partiyasının (ÇKP) Daimi Komitəsinin üzvü, Şanxay Partiyasının keçmiş katibi Li Çianq seçilib.

Paytaxt Pekində keçirilən Ümumçin Xalq Nümayəndələri Konqresinin (ÜXK) 14-cü dövrünün 1-ci Baş Assambleyasında prezident Si Cinpin Li-nin baş nazirliyə namizədliyini irəli sürüb.

Li, yeganə namizəd olduğu ÇUK-un bu gün səhər saatlarında keçirilən ümumi yığıncağında 2936 nümayəndənin 3 əleyhinə, 8 bitərəf səsini toplayaraq baş nazir seçilib.

Seçkilərdən sonra Prezident Si Li-nin təyin edilməsi haqqında Prezidentin sərəncamını imzalayıb.

Əlaqəli Xəbərlər