Menyu

Bakıda müşahidə olunan dumanın səbəbi açıqlanıb

Operativ Media
Bakıda müşahidə olunan dumanın səbəbi açıqlanıb

Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən xəbər verildiyi kimi hazırda ölkənin bəzi ərazilərində dumanlı hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasında, eləcə də Quba, Yevlax, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran və Astarada görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.

Operativ Media  xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, dumanın əmələ gəlməsinə səbəb gündüz saatlarında temperaturun yüksək olması, gecə saatlarında isə yer səthinin soyuması və havanın temperaturunun aşağı düşməsidir.

“Dumanlı hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir”.- Gülşad Məmmədova qeyd edib.

Əlaqəli Xəbərlər