Menyu

Deputat: Qarabağ və Şərqi Zəngəzura qayıdış planlı sosial siyasət əsasında həyata keçirilir

Operativ Media
Deputat: Qarabağ və Şərqi Zəngəzura qayıdış planlı sosial siyasət əsasında həyata keçirilir

"Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində toxunduğu sosial məsələlər göstərir ki, Qarabağ və Şərqi Zəngəzura qayıdış prosesi yalnız fiziki köçlə məhdudlaşmır, eyni zamanda kompleks sosial siyasət çərçivəsində həyata keçirilir.

Dövlət başçısının açıqlamalarında əsas diqqət keçmiş məcburi köçkünlərin layiqli həyat şəraitinin təmin olunmasına yönəlib. Prezident vurğulayıb ki, insanlar dağıdılmış və infrastruktursuz ərazilərə deyil, tam hazır yaşayış mühitinə köçürülür. Bu baxımdan yeni salınan yaşayış massivlərində müasir evlərlə yanaşı məktəblər, uşaq bağçaları, tibb məntəqələri, sosial xidmət obyektləri və kommunal infrastrukturun yaradılması prioritet hesab olunur".

Bu sözləri Operativ Media-ya açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü, deputat Jalə Əliyeva deyib.

Deputat bildirib ki, müsahibədə toxunulan mühüm sosial məsələlərdən biri də məşğulluq və gəlir imkanlarıdır:

“Prezident qeyd edib ki, köçürülən vətəndaşların sosial asılı vəziyyətə düşməməsi üçün onların işlə təmin olunması əsas şərtdir. Bu məqsədlə kənd təsərrüfatı, kiçik və orta biznes, sənaye parkları və dövlət sektorunda yeni iş yerlərinin yaradılması planlaşdırılır. Bu yanaşma sosial dayanıqlığın və uzunmüddətli məskunlaşmanın əsasını təşkil edir.

Prezident İlham Əliyev sosial ədalət prinsipinə də xüsusi diqqət çəkib. Uzun illər çətin şəraitdə yaşayan məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunması, onların hüquqlarının qorunması və mərhələli şəkildə doğma torpaqlara qaytarılması dövlətin sosial məsuliyyətinin təzahürü kimi qiymətləndirilir.

Cənab Prezidentin açıqlamalarından aydın olur ki, hökumət sosial məsələlərə yalnız maddi təminat prizmasından deyil, həmçinin insan ləyaqəti, psixoloji adaptasiya və ictimai inteqrasiya aspektindən də yanaşır. Yeni mühitdə insanların normal həyat ritminə qayıtması, icma münasibətlərinin formalaşdırılması və sosial sabitliyin qorunması uzunmüddətli strategiyanın vacib tərkib hissəsidir.

Prezidentin müsahibəsində səsləndirdiyi sosial məsələlərlə bağlı fikirlər göstərir ki, Qarabağ və Şərqi Zəngəzura qayıdış prosesi humanist, planlı və sosial yönümlü dövlət siyasətinə əsaslanır. Bu yanaşma postmünaqişə dövründə cəmiyyətin rifahının yüksəldilməsinə və sosial ədalətin bərpasına xidmət edir".

Əlaqəli Xəbərlər