Menyu

Bərdədə məktəb binası yararsız hala düşüb - FOTO

Ayşən Sadıxzadə
Bərdədə məktəb binası yararsız hala düşüb - FOTO

Bərdə rayonu Azər Tağıyev adına Məmmədli kənd tam orta məktəbin binası yararsız hala düşüb.

Sakinlərin sözlərinə görə, məktəbin binası uzun müddətdir ki, əsaslı təmir görmədiyindən hazırda tamamilə yararsız haldadır.  Buna baxmayaraq, məktəbdə dərslər adi qaydada davam etdirilir.

Valideynlər bildirirlər ki, yağışlı və küləkli havalarda məktəb binasında vəziyyət daha da ağırlaşır.

Mövzu ilə bağlı Qarabağ Regional Təhsil İdarəsindən Operativ Media-nın sorğusuna cavab bildirilib ki, təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı məsələ qeydiyyata götürülüb:

"İdarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri əsas prioritetlərdəndir.

Son bir il ərzində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan 30-dan çox məktəbdə cari, 3 məktəbdə isə əsaslı təmir işləri aparılıb və 2 məktəb binası sökülərək yenidən tikilib. 

Qeyd edirik ki, Bərdə rayonu Azər Tağıyev adına Məmmədli kənd tam orta ümumtəhsil məktəbinin vəziyyəti barədə məlumatlıyıq, təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı məsələ qeydiyyata götürülüb. 

Bildiririk ki, təhsil müəssisəslərinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir”.

Əlaqəli Xəbərlər