Menyu

Azərbaycanın milli parklarında “Açıq qapı” günü olacaq

Operativ Media
Azərbaycanın milli parklarında “Açıq qapı” günü olacaq

Ümumdünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar yanvarın 11-i Azərbaycanın milli parklarında “Açıq qapı” günü olacaq.

Bu barədə Operativ Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 11-i Ümumdünya Qoruqlar və Milli Parklar Günü Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il qeyd olunur. Bu günün əsas məqsədi milli parklar və dövlət təbiət qoruqlarının biomüxtəlifliyin mühafizəsi, təbii ekosistemlərin qorunması və ekoloji tarazlığın təmin olunmasındakı əvəzsiz rolunu vurğulamaq, eyni zamanda, cəmiyyətin ətraf mühitə məsuliyyətli münasibətini təşviq etməkdir.

Həmçinin vurğulanıb ki, “Açıq qapı” günündə ziyarətçilər Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklara gəlməklə burada füsunkar təbiət ərazilərindən zövq ala və səmərəli gün keçirə bilərlər.

Əlaqəli Xəbərlər