Menyu

Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub

Operativ Media
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub

Sadiq Əliyev Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub.

Operativ Media xəbər verir ki, o, bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

S.Əliyev 1984-cü ildə anadan olub, 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb.

O, 2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən 2024-cü ilə qədər ƏƏSMN-nin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri işləyib.

Əlaqəli Xəbərlər