Menyu

Xətai rayonunda ağacların qanunsuz kəsildiyi müəyyən edilib

Operativ Media
Xətai rayonunda ağacların qanunsuz kəsildiyi müəyyən edilib

Xətai rayonu Gəncə prospekti 23 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumat verilib.

İdarənin rəisi Qafar Ağayev bildirib ki, əraziyə keçirilən baxış zamanı hasara alınmış sahədə ağacların kəsildiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub.

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.

Ərazidəki mövcud yaşıllıqlar qeydiyyata alınaraq onlara identifikasiya etiketi vurulub. Eyni zamanda, yaşıllıqların mühafizəsi və onlara aqrotexniki xidmət göstərilməsi məqsədilə Xətai rayon İcra Hakimiyyətinə məktub ünvanlanıb”.

Əlaqəli Xəbərlər