Azərbaycanda mina partlayışlarının qurbanlarının sayı açıqlanıb
Azərbaycanda mina partlayışları nəticəsində zərərçəkənlərlə bağlı yeni rəqəmlər ictimaiyyətə təqdim olunub.
Operativ Media xəbər verir ki, 10 noyabr 2020-ci il – 7 yanvar 2026-cı il tarixləri arasında mina partlayışlarından ümumilikdə 416 nəfər zərər çəkib.
Onlardan 71 nəfər həlak olub, 345 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Statistikaya əsasən, mülki şəxslər arasında zərərçəkənlərin sayı 223 nəfərdir. Onlardan 56 nəfər həyatını itirib, 167 nəfər yaralanıb.
Hərbçilər arasında isə 193 nəfər mina partlayışlarının qurbanı olub. Bu kateqoriyada 15 nəfər həlak, 178 nəfər xəsarət alıb.
Qeyd olunan dövrdə ümumilikdə 254 mina insidenti qeydə alınıb.
Bundan əlavə bildirilib ki, 1991-ci ildən bu günədək mina partlayışları nəticəsində 3400-dən çox insan zərər çəkib.
Onların 362-si azyaşlı və gənc, 38-i isə qadındır.