Menyu

Beynəlxalq axtarışda olan şəxs Özbəkistana təhvil verilib

Operativ Media
Beynəlxalq axtarışda olan şəxs Özbəkistana təhvil verilib

Beynəlxalq axtarışda olan şəxs Özbəkistan Respublikasına təhvil verilib.

Operativ Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Özbəkistanın hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

Dələduzluqda təqsirli bilinərək beynəlxalq axtarışa verilmiş 30.03.1970-ci il təvəllüdlü, İran vətəndaşı İmani Ali Abdollahın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

İmani Ali Abdollah 2025-ci ildə ölkəmizdə müəyyən edilərək həbs edilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.

Əlaqəli Xəbərlər