Ana səhifə / Ölkə / Gədəbəydə yol qəzası ölümə səbəb olub Gədəbəydə yol qəzası ölümə səbəb olub 09.01.2026, 21:52 Operativ Media Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Operativ Media xəbər verir ki, "KamAZ" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobil toqquşub. Qəza nəticəsində 1969-cu il təvəllüdlü Samirə Məmmədova aldığı xəsarətdən dünyasını dəyişib. Daha bir nəfər - 1991-ci il təvəllüdlü Fürqan Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.