Dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Azərbaycanın bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir, dağlıq ərazilərdə qar yağır.
Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 17:00-a olan məlumatında qeyd edilib.
Belə ki, Sədərək, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı, Xaçmaz, Yevlax, Göyçay, Bərdə, Tərtər, Kürdəmir, Mingəçevir, Lənkəran, Astara, Qobustan, Şamaxıda yağış, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Kişçay (Şəki), Qrız (Quba), Laza (Qusar), Şahdağda isə qar yağır.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Gəncədə 20, Goranboyda 19, Ağstafa, Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 17, Şəmkirdə 16, Kəlbəcərdə 15 m/s-dək güclənir.
10:25
Azərbaycanın bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə- Xınalıq, Qrız, Qusar, Şahdağda qar yağır.
Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 10:00-a olan məlumatında qeyd edilib.
Düşən yağıntının miqdarı Qaxda 5, Şahbuzda 2, Ordubad, Balakən, Zaqatala, Quba, Göyçay, Şəkidə 1 mm-dir.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Qusar, Qubada 20, Mingəçevir, Naftalanda 18, Yardımlıda 16, Tovuz, Ağstafa, Astarada 15 m/s-dək güclənir.
Naxçıvan, Şərur, Culfa, Gəncə, Quba, Qusar, Göyçay, Sabirabadda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta qeydə alınıb.