Ana səhifə / Ölkə / Mağazadan pul və tütün məmulatlarını oǧurlayan şəxs saxlanılıb Mağazadan pul və tütün məmulatlarını oǧurlayan şəxs saxlanılıb 10.01.2026, 14:19 Operativ Media Bərdə və Ağcabədidə maǧazalarda quraşdırılan ödəmə terminalından pul və tütün məmulatlarını oǧurlayan şəxs saxlanılıb. Bu barədə Operativ Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Qeyd edilib ki, həmçinin mağazanın müşahidə kameralarının yaddaş qurğusu da sındırılıb. Oğurluq əməlində təqsirli bilinən Nahid Süleymanovun bunu Bərdə rayonunda və Ağcabədinin Taxtakörpü qəsəbəsindəki mağazalarda törətdiyi məlum olub. Faktla bağlı Laçın Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə N.Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.