Menyu

Zaqatalada avtomobil aşıb, 1 nəfər ölüb

Operativ Media
Zaqatalada avtomobil aşıb, 1 nəfər ölüb

Zaqatala-Qax avtomobil yolunda 1 nəfərin ölümü, 1-nin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media Azərtac-a istinadən xəbər verir ki, Zaqatala rayonunun Yeni Suvagil kəndi ərazisində “Chevrolet” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 32 yaşlı Şəhriyar Cəfərzadə ölüb, Seymur Mehralıyev isə xəsarət alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


İlkin məlumatlara görə, qəza havanın dumanlı olması səbəbindən baş verib.

Əlaqəli Xəbərlər