Menyu

Masallıda 9 kq narkotik vasitə dövriyyədən çıxarılıb

Operativ Media
Masallıda 9 kq narkotik vasitə dövriyyədən çıxarılıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı 37 yaşlı Balağa Nuriyev və əvvəllər məhkum olunmuş 49 yaşlı Məhərrəm Məmmədov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Operativ Media-ya verilən məlumata görə, həmin şəxslərdən 9 kiloqram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər