Oğuzda “Mercedes” və “KİA” toqquşub - YENİLƏNİB
Oğuzda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
Operativ Media xəbər verir ki, qəza zamanı üç nəfər xəsarət alıb.
“KİA”da olanlar Oğuz rayon sakinləri 1967-ci il təvəllüdlü İlqar Səfər oğlu Abışov və 1978-ci il təvəllüdlü Mətanət İkram qızı Ustakişiyeva, “Mercedes Vito”nun sürücüsü Ayxan Qəzənfər oğlu Nəsibovdur.
16:11
Oğuzda iki avtomobil toqquşdu, xəsarət alanlar var
Operativ Media xəbər verir ki, hadisə Qaraməryəm–İsmayıllı–Şəki magistral yolunun Oğuz rayonunun Kərimli kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes Vito” markalı yük avtomobili ilə “KİA” markalı minik avtomobili toqquşub.
Qəza zamanı bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.