Menyu

Qızıl külçələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb

Operativ Media
Qızıl külçələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb

Qızıl külçələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl külçələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşının çantalarına stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib. Yoxlama zamanı çantalardan birində gömrük orqanına əvvəlcədən bəyan olunmayan, ümumilikdə çəkisi 372,5 qram təşkil edən 44 ədəd “PAMP” markalı qızıl külçələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər