Cəlilabadda avtomobil piyadanı vurub
Operativ Media
Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, hadisə rayonun Bədirli kəndi ərazisində qeydə alınıb.
Belə ki, Babaxanlı kənd sakini Zeynalov Ziyatay Uruf oğlunun idarə etdiyi avtomobil Bədirli kənd sakini Əliyev Xudu Abdulla oğlunu vurub.
Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan piyada təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.