Naxçıvanda dəmir yolu xətti boyunca 10 stansiya yenidən qurulacaq
Operativ Media
Naxçıvan Muxtar Respublikasında dəmir yolu xətti boyunca 10 stansiyanın yenidən qurulması nəzərdə tutulur.
Operativ Media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Məlumata əsasən, uzunluğu 194,1 kilometr olan dəmir yolu boyunca həmçinin 814 mühəndis qurğusunun, o cümlədən 29 körpü, 4 tunel və 12 qalereyanın inşası nəzərdə tutulur.
Bu dəmir yolu xətti Zəngəzur dəhlizinə qoşularaq həm Azərbaycanın əsas hissəsinin Naxçıvanla birbaşa quru əlaqəsini, həm də Orta Dəhliz və Şimal-Cənub marşrutunun mühüm seqmenti olaraq Türkiyə və Avropa bazarlarına çıxışı təmin edəcək.